Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:32

Apple iPhone-ların əməliyyat sistemində çatışmazlıqları düzəldir


Apple şirkəti keçən həftə çıxan iOS 8 əməliyyat sistemində çatışmazlıqları tələsik aradan qaldırır.

Yaxın günlərdə sistemin artıq ikinci olan 8.0.2 yeni variantı çıxacaq. Bunu Apple şirkəti bildirir.

8.0.1 variantı dünən çıxandan cəmi bir neçə saat sonra geri çağırıldı. Burda ən böyük problem iPhone 6 və iPhone 6 Plus telefonlarının mobil telefon operatoru ilə əlaqəsinin itməsidir. Başqa çoxsaylı problemlər də var. Touch İD işləmir.

Sentyabrın 25-də Apple iTune vasitəsilə yenidən iOS8 əməliyyat sistemini yükləməyi məsləhət görür.

Son bir həftədə iOS8-i iPhone və iPhad sahiblərinin 46 faizi alıb.

Apple şirkəti bildirir ki, onun işçiləri bütün sutka boyu fasiləsiz işləyirlər və yaxın günlərdə 8.0.2 əməliyat sistemi təhvil veriləcək.

XS
SM
MD
LG