Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:37

Nigeriya prezidenti BMT-də deyib ki, məktəbli qızların oğurlanması ilə bağlı hökumət iş görür


Nigeriya prezidenti Goodluck Jonathan BMT Baş Məclisində deyib ki, Boko Haram təşkilatının oğurladığı məktbli qızları azad etmək üçün hökumət işləməkdə davam edir.

Nigeriya prezidenti ölkə daxilində və xaricində bununla bağlı məhz çox zəif işləməkdə ittiham olunur.

Boko Haram islamçı yaraqlılar 200-ə yaxın məktəbli qızı aprel ayında oğurlayıb.

Boko Haram təşkilatının adı da “qərb təhsili haramdır” kimi tərcümə olunur.

Bu təşkilat 2009-cu ildə yaranıb və məqsədi Nigeriyanın şimalında müsəlman dövləti qurmaqdır.

XS
SM
MD
LG