Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:46

-

“Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun vəziyyəti ağırdır”

Bu haqda AzadlıqRadiosuna sentyabrın 25-də onunla təcridxanada görüşən vəkil Elçin Qəmbərov məlumat verib. Vəkilin sözlərinə görə, aldığı zərbələrdən Leyla Yunusun başında şiddətli ağrılar əmələ gəlib:

“Mənimlə danışanda tez-tez yaddaşını itirirdi. Bir neçə cümlə deyib, bir müddət gözləyirdi. Deyirdi ki, təcridxananın əməkdaşı Fəqan Yaqubov onun başına iki dəfə qüvvətli zərbə endirib. Bundan sonra baş verənləri isə xatırlamır. Döyülməsindən iki gün keçməsinə baxmayaraq, başında ağrıları getdikcə şiddətlənir. Hazırkı əlamətlərə görə, onun başında gematoma əmələ gəlib. Leyla xanım bu yaxınlarda hər iki gözündən əməliyyat olunub. Bu zərbələrdən sonra onun kor olma ehtimalı böyükdür. Beynəlxalq qurumlar hər dəfə Azərbaycan hakimiyyətinin tənqid edəndə, bunun qisasını Leyla Yunusdan alırlar”.

Sentyabrın 24-də Leyla Yunusun vəkilləri açıqlama yayaraq, Leyla Yunusun təcridxanada döyülməsi və digər təzyiqlərlə üzləşdiyini bildirmişdilər.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti sentyabrın 25-də yaydığı açıqlamada bu bəyanatın əsassız olduğunu bildirib.

Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyulun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil, 6 maddəsi ilə ittiham olunur. Leyla Yunus ittihamları rədd edir və həbsini siyasi sifariş hesab edir. O, daha öncə də bir neçə dəfə həbsxanadan bəyanat verərək, ona qarşı təxribat hazırlandığını və hücuma məruz qaldığını bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG