Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:07

Rusiyada əhalinin üçdə biri bu fikirdədir.

-

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğuda ölkədə uşaq kitablarına ümumiyyətlə ehtiyac olmadığını deyənlərin sayının 3 dəfə artdığı məlum olub.

Əgər 25 il əvvəl keçirilmiş eyni sorğuda bu fikirdə olanların sayı 10 faiz idisə, indi 35 faizdir.

Uşaq kitablarına ehtiyac olduğunu düşünənlər isə ən çox nağıl kitablarının çatışmazlığından gileyləniblər (46 faiz). Rəyi soruşulanların 13 faizi uşaqlar üçün tarix, 11 faizi isə səyahət kitablarının çatışmadığını deyib.

Uşağınıza oxumaq üçün hansı əsərləri seçərdiniz?

Bu sualın cavabında respondentlərin 17 faizi xarici nağılların adını çəkib. Daha sonra Puşkinin əsərləri, rus nağllları gəlir. Karney Çukovskinin əsərlərini seçənlər isə 4 faizdir.

Sorğuda 130 yaşayış məntəqəsindən olan 1600 nəfər iştirak edib.

"İnterfaks"a istinadla Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG