Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:29

-

"Fazil İsgəndərin “Çeqemli Sandro”su ölməz əsərdir".
""Edama dəvət"in düşüncəmə böyük təsiri oldu. Bu, bizə məktəbdə oxumağa verilən kitablardan çox fərqli idi”

Məşhur rokçu, “Maşina vremeni” qrupunun solisti Andrei Makarevich sevimli kitablarının adını açıqlayır.

O deyir ki, əslində xoşladığı kitablar çoxdur, sadəcə, gənclik dövründə onun düşüncəsinə güclü təsir edən əsərlərdən danışacaq:

Percy Fawcett “Sona çatmamış səyahət”. Britaniya kraliçasının tapşırığı ilə polkovnik Fawcett indiki Braziliya ərazisinə ekspedisiyaya yollanıb. Fawcett əmin idi ki, cəngəlliklərdə qədim sivilizasiyanın – Atlantidanın qalıqlarını tapacaq...

Vladimir Nabokov. "Edama dəvət". Makarevich deyir ki, sovet dövründə bu, qadağan edilmiş kitab idi, onu gizli şəkildə oxuyub. Bu kafkasayağı əsər fərqli düşünən insan üzərində absurd məhkəmə və gözlənilən edam haqdadır.

“Mənim düşüncəmə böyük təsiri oldu. Bu, bizə məktəbdə oxumağa verilən kitablardan çox fərqli idi” – deyir Makarevich. (Ardı aşağıda)

Vasili Aksyonov “Krım adası” (1979). Bu roman fantastika janrında yazılıb. Rusiyanın alternativ tarixi kimi yazılsa da, siyasi satira nümunəsi də sayılır. Burada Krım Vətəndaş müharibəsindən başlayaraq SSRİ-yə alternativ kimi verilir. Krım ayrıca bir dövlət kimi demokratiya yolu ilə gedir və əsl intibah yaşayır.

Mikhail Bulgakov "Master və Marqarita"

Fazil İsgəndər. “Çeqemli Sandro”. Makarevich onu “ölməz kitab” adlandırır. 60-cı illərdə yazılan kitabda baş qəhrəman qoca Sandronun uşaqlıq xatirələri də yer alır, amma əhatə olunan mövzular çox genişdir. Kollektivləşdirmə də var, Stalin repressiyaları da. Stalinin özünün obrazı da (Şələbığ). Kitab ilk dəfə çap olunanda 3-də 2-si senzuradan keçməmişdi.

Makarevich-in sevimli kitablarından biri də dissident yazıçı Aleksandr Solzhenitsyn-in Stalin repressiyalarının qurbanlarından bəhs edən “QULaq arxipelaqı” əsəridir. “Bu, o dövrkü təsəvvürlərimə böyük zərbə id” – deyir Makarevich.

Struqatski qardaşları. “Allah olmaq çətindir”. Bu fantastik romanda hadisələr başqa planetdə baş verir. Arkanar adlanan dövlətdə. Orda insandan fərqlənməyən humanoidlər yaşayır. Sadəcə, Yer kürəsindəki tarixi inkişafın 17-ci əsrinə uyğun səviyyədədirlər.

Yer kürəsindən oraya göndərilmiş agentlər çalışırlar ki, arkanarlılar Yer sakinlərinin həmin tarixi dövrdə etdikləri səhvləri təkrarlamasınlar. Bununla belə onlara hadisələrə öz sivilizasiyalarının imkan verdiyi vasitələrlə təsir etmək qadağandır, yalnız arkanar sakini kimi arkanarlıların özlərinin malik olduqları vasitələrə icazə var.

Makarevich-in sevimli kitabları arasında yazıçı İsaak Babel-in hekayələr, şair Mikhail Gendelev-in şeir topluları da var. Dələduz Ostap Benderin sərgüzəştlərini yazmış İlya İlf və Yevgeni Petrov da onun sevimli müəlliflərindəndir.

Günün bütün mövzuları

XS
SM
MD
LG