Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:58

«Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetləri fəaliyyətini dayandırır


Eynulla Fətullayevin təsisçisi olduğu «Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetləri, «Azerbaydjan v mire» jurnalı və bir neçə sayt fəaliyyətini dayandırır. Hələlik təsisçi ölkənin tirajlı nəşrlərindən olan bu qəzetlərin fəaliyyətinin dayandırılması haqda açıqlama vermir. Məlum olan budur ki, oktyabrın 3-də «Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin birgə buraxılışı çap olunacaq.


«Gündəlik Azərbaycan» qəzetinin redaktoru Şahvələd Çobanoğlu «Azadlıq» radiosuna bildirib ki, onlar əvvəlcə səbəbləri açıqlamaq üçün birgə mətbuat konfransı keçirmək istəsələr də, sonra fikirlərindən daşınıblar. Qərara alıblar ki, səbəbləri elə qəzet səhifəsində izah etsinlər.


XS
SM
MD
LG