Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:30

-

İraqda, Suriyada yaraqlı islamçılar arasılnda 80 ölkənin vətəndaşları var. Nobel sülh mükafatı alan Obamanın müharibəyə çağırmağı qəribə görünür, ancaq bu müharibə zorakılığa qarşıdır. Qazaxıstan odla su arasında qalıb. Ukrayna nadir şansı buraxdı.

Dünya mediası bu gün nədən yazır?

80 ÖLKƏNİN VƏTƏNDAŞI

New York Times qəzeti yazır ki, ABŞ kəşfiyyatının məlumatına görə, İslam Dövləti yaraqlıları arasında 80 ölkənin 15 min vətəndaşı var. Onların 2000 nəfəri Avropadandır, 100 nəfəri ABŞ-dan. Onlar bu pasportlarla sonra geri qayıda bilərlər.

Dünya liderləri başa düşürlər ki, ekstremistlərə sərhədləri aşıb İraqa və Suriyaya gəlməyə imkan vermək olmaz.

Sentyabrın 24-də qəbul olunmuş qətnamə ölkələrin öz vətəndaşlarını İraqa və Suriyaya vuruşmağa getməsinin qabağını almasına kömək etməlıdır, ancaq dünya liderləri onu da bildirirlər ki, bu, vətəndaş hüquqlarının məhdudlaşdırılmasına bəhanə kimi istifadə oluna bilməz.

OBAMA: “İSLAM SÜLH ÖYRƏDİR”

Washington Post qəzeti yazır ki, Nobel sülh mükafatı laureatı Obama müharibəyə çağırır. Bu, qəribə səslənir. Ancaq bu müharibə ekstremizmlə, zorakılıqla müharibədir.

Obama BMT Baş məclisindəki çıxışının əvvəlində Keniyada nənəsinin evini xatırladı və dedi ki, “İslam sülh öyrədir”.

Obama daha sonra bildirdi ki, “Zorakı ekstremizmlə mübarizədə islam problemin tərkib hissəsi deyil, islam sülh yaratmağın mühüm tərkib hissəsidir”.

Qəzet yazır ki, Obamanın çıxışı Amerikanın müstəsnalığının güclü ifadəsi idi. Ancaq Obama vurğulayır ki, bu istisnalıq hakimiyyətin gücünə əsaslanmır, ədalətə əsaslanır.

EBOLA DÜNYANI BİABIR ETDİ

New York Times qəzeti yazır ki, Afrikanın qərbində Ebola xəstəliyi faciədir, ancaq bu xəstəliyə reaksiya dünyanın böyük uğursuzluğudur, rüsvayçılığıdır.

Xəstəliklə mübarizə əvvəldən başlananda həm insan həyatı, həm də pul xilas olunur.

Bu, Ebola xəstəliyi ilə olmadı.

Ebola ilə mübarizənin yolu isə məlumdur. Özü də 2011-ci ildən .

Uqandada Amerikanın dəstəklədiyi və yerli səhiyyə işçilərinin apardığı çox əla proqram sübut etdi ki, bu virusu aşkar etmək olar və xəstəliyin yayılmasını dayandırmaq olar.

Bu, 2011-ci ildə Uqandada da bir nəfərdə Ebola xəstəliyi tapılan kimi xəstəliyin yayılmasını dayandırdı.

Dünya 20-25 il əvvəl AİDS xəstəliyi ilə və ya Haitidə vəba xəstəliyi ilə bacarmamadığını yaxşı xatırlayır.

O təcrübə göstərir ki, infeksion xəstəliyi lap əvvəlcədən dayandırmaq lazımdır. Dekabrda Qvineyada xəstəlik aşkar olunanda buna dünya əhəmiyyət vermədi.

Buna görə indi daha çox insan həyatı qurban verilir və daha çox pul ödənməlidir.

BMT-nin ehtimalına görə, yaxın 6 ayda xəstəliklə mübarizəyə 1 milyard dollar pul lazımdır.

Ancaq ekspertlər qorxurlar ki, hökumətlər bu pulu peyvəndə ayrılan pullardan götürsünlər.

Bunu isə etmək olmaz. UNİCEF-in məlumatına görə, 1990-cı ildən peyvəndlər 100 milyon uşaq həyatını xilas edib.

Vaccine Alliance-dan Gavi təşkilatı bildirir ki, dünyada əlavə 300 milyon uşağın peyvəndinə 7,5 milyard dollar əlavə pul laızmdır. Hazırda Gavi-nin 2 milyard dollarlıq vəsaiti var və Gavi bildirir ki, bu, 5-6 milyon uşağın həyatını xilas edəcək və 80-100 milyard dollarlıq iqtisadi səmərə verəcək.

RUSİYANIN DA OYNAMAĞA İQTİSADİ KARTLARI VAR

Financial Times qəzeti yazır ki, sanksiyalardan sonra Rusiyanın əks-hücumuna hazırlaşın.

Sanksiyalardan sonra Krım üzərində Rusiya bayrağı dalğalanır, Ukraynanın şərqində atəşkəs risk altındadır. Rusiya öz iqtisadiyyatından qalxan və iqtisadfi müharibə vasitəsi kimi istifadə edir.

Qəzet yazır ki, Qərb sanksiyalarından sonra mövcud müqavilələrin işləməsi davam edir. Maliyyə zərbəsi məhduddur, çünki Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatı ilə bağlıdır. Güclü sanksiya ilə zərbə Qərb şirkətlərinə də dəyə bilər.

Rusiya isə cavab verir. Rusiya Avropadan ərzaq almağı dayandırmaqla kifayətlənməyə bilər.

Rusiyanın əlində oynamağa kartı çoxdur. Rusiya ABŞ-ın kosmik raketlərinə mühərrik verməyi dayandıra bilər. Rusiya Qərb şirkətlərinin ehjtiyacında olduğu titanın və bir çox nadir xammalın dünyada ən böyük satıcısıdır. Rusiya İrana kömək edə bilər və ya Qərbin ən böyük banklarına kiber hücumlar tşkil edə bilər və s.

Qəzetin fikrincə Qərb Rusiyaya qarşı sanskiyaları İrana qarşı sanskiyalar kimi aparmalıdır. Bunlar tam olmalıdır və daima gücləndirilməlidir. Vaşinqton və Brüssel sankiya ilə bir az zərbə vurmaq istədikcə, bunun effekti olmaycaq.

UKRAYNA İMKANI BURAXDI

Wall Street Journal yazır ki, Ukrayna ticarət imkanını buraxdı. Avropa Birliyi bu ayın əvvəlində Ukrayna ilə assosiasiya sazişinin tətbiqini 2016-cı ilin əvvəlinə qədər təxirə salmağa razı oldu. Düzdür, bunu Avropa Birliyinin Rusiyaya güzəştə getməyi ilə izah edirlər, ancaq bu, həm də Kiyevin səhvidir. Kiyev sazişin dərhal yerinə yetirilməsinin üstündə durmalı idi.

Bunu yazan məqalə müəllifi - Varşavada Sosial və İqtisadi Araşdırma Mərkəzinin prezidenti Christofer Hartwell hesab edir ki, Ukrayna son 20 ildə iqtisadi uğursuzluqların yerini doldurmağa nadir imkanı buraxdı.

Ancaq müəllif düşünür ki, indi də gec deyil. Kiyev bu sazişin dərhal həyata keçirilməsi üzərində təkid etməlidir.

Əgər Avropa Birliyi bunu etməsə, onda Kiyev birtərəfli qaydada ticarəti liberallaşdırmalıdır, iqtisadiyyatı amirlik-nəzarət idarəçiliyindən azad etməlidir.

QAZAXISTAN RUSİYA, ƏFQANISTAN, UKRAYNA ARASINDA QALIB

Reuters yazır ki, Qazaxıstan Ukrayna böhranı ilə post-NATO Əfqanıstanı problemləri arasında tarazlığı saxlamağa şalışır.

Qazaxıstan Fransa kimi ölkədən ərazicə 5 dəfə böyükdür, əhalisi isə cəmi 17 milyondiur. Burda 300 min ukraynalı yaşayır, əhalinin 22 faizi isə ruslardır.

Digər keçmiş sovert respublikaları kimi Qazaxıstan da Rusiyanın Krımı tutmağından nəticə çıxardır.

Qazaxıstan rəsmi bəyanat verərək Ukraynanın müstəqilliyini, siverenliyini prinsipial müdafiə etdiyini bildirdi.

Ancaq Qazaxıstan onu da bildirir ki, “Biz tərəf tutmuruq”.

Qazaxıstan şərqdə isə NATO çıxandan sonra Əfqanıstandan da narahatdır. Qazaxıstanın xarici işlər naziri İdrisov deyir ki, “Qazaxıstanın gözlənilməz senarilərə qarşı immuniteti yoxdur. Qazaxıstan 2014-cü ildənsonrakı vəziyyətdən çox narahatdır.”

Nazir 2014-cü ilin sonunda NATO qoşunlarının Əfqanıstandan çıxmasına işarə edir. .

Dünyada tiryəkin və heroinin 80 faizi Əfqanıstanda istehsal olunur. İdrisov deyir ki, Qazaxıstan Əfqanıstanda narkotik qaçaqmalçılığından və iqtisadi inkişafın olmamağından çox narahatdır.

XS
SM
MD
LG