Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:57

T.Melia-nın Obamanı məlumatsızlıqda ittiham edən Bakıya cavabı


Thomas Melia
Thomas Melia

-

«Obama-nın Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərinə dair mesajı yaxşı məlumata əsaslanıb».

Bunu ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Thomas Melia sentyabrın 25-də AzadlıqRadiosuna açıqlamasında deyib.

ABŞ prezidenti Barack Obama bu günlərdə deyib ki, Azərbaycanda QHT-lərin fəaliyyətinə inanılmaz əngəllər yaradılır.

Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə ABŞ prezidentinin tənqidlərinin obyektiv olmadığını bildirib. Onun dediyinə görə, ABŞ prezidentinə doğru məlumat vermirlər.

«Obama həmin bəyanatı verməmişdən öncə yaxşı məlumatlandırılıb», - Thomas Melia belə deyib.

«Biz durumu izləyirik və mən tezliklə Azərbaycana səfər edəcəyimi gözləyirəm», - cənab Melia deyib. Xatırladırıq ki, bir il əvvəl Azərbaycan hökuməti onun ölkəyə səfərindən imtina edib.

Thomas Melia həmçinin Senatın Azərbaycanda səfir postuna Robert Cekuta-nı təsdiqləyəcəyini gözlədiklərini söyləyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG