Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:17

Prokuror Emil Məmmədova 2 il şərti cəza istəyib


Sentyabrın 25-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində “Demokratiyaya yardım” İctimai Birliyinin rəhbəri Emil Məmmədov və birliyin əməkdaşı Tofiq Qasımovun məhkəmə prosesi davam etdirilib. Bu haqda AzadlıqRadiosuna vəkil Fariz Namazlı məlumat verib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək, hər iki müttəhimə 2 il şərti cəza istəyib.

Gün ərzində hakimin hökm oxuyacağı gözlənilir.

Emil Məmmədov mayın 13-də zorla pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb. Mayın 14-də Salyan Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbirini seçib. Bundan əvvəl aprelin 17-də QHT-nin digər fəalı Tofiq Qasımov zorla pul tələb etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib.

Hər iki fəal ittihamları sifariş hesab edir və özlərini günahkar saymırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG