Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:15

Nazir müavini: “Azərbaycanda ana ölümlərinin sayı ildən-ilə azalır”


"Hər bir ana ölümü Səhiyyə Nazirliyini və onun rəhbərliyini narahat edir". APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, Azərbaycanda ana ölümlərinin sayı ildən-ilə azalır: "On il əvvəlki rəqəmlərə baxdıqda il ərzində 34 ana ölümü qeydə alınıb. Ötən il isə bu rəqəm 25 olmuşdu. Bu ilin 9 ayı ərzində 18 ana doğuş zamanı ölüb. Bütün ana ölümləri nazirliyin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır. Günahı olan şəxslər cəzalandırılır. Ana ölümü olmayan ölkələr yoxdur. Lakin bu rəqəmin aşağı olmasına çalışmalıyıq".

Nazir müavini, həmçinin əhaliyə tövsiyə edib ki, həkimə vaxtında müraciət etsinlər: "İnsanlar, xüsusən də gənc analar öz sağlamlığına diqqətlə yanaşsınlar".

Azərbaycanın təbii artıma görə Avropa ölkələri arasında birinci yeri tutduğunu söyləyən E. Ağayev qeyd edib ki, artım əmsalı 12, 8-dir: "Bu da doğuşların sayının ildən-ilə artdığını göstərir. Ötən il ərzində ölkədə 170 mindən artıq uşaq doğulub”.

Günün bütün mövzuları

XS
SM
MD
LG