Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Türkiyə prezidenti BMT-nin Təhlükəsizlik Şurasını tənqid edir


Recep Tayyip Ərdoğan
Recep Tayyip Ərdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdogan BMT-nin Təhlükəsizlik Şurasını dünyanın çox vacib problemlərilə bağlı addım atmadığına görə ittiham edib. O, Suriyada vətəndaş müharibəsində 200 mindən çox, Qəzzada bu yay olan müharibədə isə 2 mindən artıq insanın öldüyünü vurğulayıb.

Erdogan sentyabrın 24-də Nyu Yorkda Baş Assambleyanın iclasında danışıb.

O, öncə danışmış Misir prezidenti Abdel-Fattah el-Sissi-ni tənqid edib. Deyib ki, demokratik seçilmiş islamçı prezident Muhammad Morsi çevrilişlə devrilib və BMT də həmin çevrilişi həyata keçirmiş şəxsi qanuniləşdirib – o, El-Sissi-ni nəzərdə tutub.

XS
SM
MD
LG