Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:48

Sentyabrın 25-də Ukrayna hərbçiləri ilə separatçılar arasında növbəti əsir mübadiləsi planlaşdırılır. Bu mübadilənin 60-60 formatında baş tutacağı gözlənir.

Öncə çərşənbə gününə nəzərdə tutulan mübadilə tərəflərin razılığa gəlməməsi səbəbindən ertələnib.

Kiyevlə separatçılar bir-birini prosesi uzatmaqda ittiham edir.

Ukrayna hakimiyyəti dəyişdirilmənin “hamının hamıya” prinsipi ilə həyata keçirilməli olduğunu bildirir. Separatçılar isə hər iki tərəfdən əsirlərin sayının dəqiq olmasını istəyir.

“New York Times” yazıb ki, öncəki əsir mübadilələrində hakimiyyətə təslim olunan şəxslərin bəziləri heç vaxt əməliyyatlarda iştirak etməyiblər. Qəzetin fikrincə, “birə bir” prinsipinə uyğun olaraq dəyişdirməyə əsir çatışmadığı üçün belə addım atılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG