Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:17

Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi Azərbaycan Hava Yollarının Birləşmiş Ştatlara etdiyi ilk birbaşa uçuşunu böyük məmnunluqla bəyan edir. Səfirlik bildirir ki, bu kimi uçuşlar turizmin və yük daşımalarının inkişafına təkan verəcək və insanlar arasında münasibətləri genişləndirərək iki dövlət arasında olan dostluğu gücləndirəcək.

“İlk hava reysinin gerçəkləşməsi ABŞ və Azərbaycan Respublikası hökumətlərinin bir neçə illik əməkdaşlığın zirvə nöqtəsidir. ABŞ-ın Ticarət və İnkişaf Agentliyi Beynəlxalq Aviasiya Təşkilatının üzvü olan Azərbaycana edilən aviasiya təhlükəsizliyinin texniki yardımının iki mərhələsini maliyyələşdirib.

Bunun sayəsində Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycanın üzərinə düşən səkkiz mühüm təhlükəsizlik elementinə dair öhdəlikləri daha səmərəli yerinə yetirə bilib. 2014-cü ilin martında isə beynəlxalq aviasiya təhlükəsizliyinin qiymətləndirilməsini uğurla keçən Azərbaycan ABŞ-ın Federal Aviasiya Administrasiyası tərəfindən aviasiya təhlükəsizliyi sahəsində 1-ci ranq kateqoriyası alıb. Bu isə Azərbaycanın hava daşıyıcılarına birbaşa ABŞ-a uçuş etmək icazəsi verir. Azərbaycan Hava Yolları və ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının son aylarda etdiyi əməkdaşlıq nəticəsində, Azərbaycanın ABŞ-a birbaşa hava reyslərinın keçirilməsi üçün bütün aviasiya təhlükəsizlik tələblərinə uyğun olması təmin edildi.

ABŞ səfirliyi bildirir ki, ABŞ hökuməti gələcəkdə də Azərbaycanla mülki aviasiya sahəsində işi davam etmək və iqtisadi əməkdaşlığı gücləndirmək ümidindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG