Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:42

Ermənistan prezidenti Serzh Sarkisian Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həllini əngəlləməkdə ittiham edir. O, sentyabrın 25-də BMT-nin Baş Assambleyasında çıxış edib.

Azərbaycan tərəfi isə münaqişənin həllinə məhz Ermənistanın mane olduğunu, sülh prosesini yubatdığını dəfələrlə bildirib.

Sarkisian ermənilərin Birinci Dünya Müharibəsi zamanı qətliamını tanıyan ölkələrə təşəkkür edib. Ermənistan Osmanlı əsgərlərinin milyon yarım ermənini öldürdüyünü və çoxunu da doğma yurdundan didərgin saldığını iddia edir.

Türkiyə isə hər iki tərəfdə qətllərin baş verdiyini, ermənilərin də türkləri öldürdüyünü bildirir.

Sarkisian dünya ictimaiyyətini müharibə vəziyyətində olan Suriyada erməniləri qorumağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG