Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:39

Obama İD-dən, Ukrayna münaqişəsindən danışır


ABŞ prezidenti Barack Obama

ABŞ prezidenti Barack Obama

BMT-nin Baş Assambleyasında çıxış edən ABŞ prezidenti Barack Obama dünyanı İslam Dövləti (İD) yaraqlılarının “ölüm şəbəkəsini” dağıtmağa kömək etməyə və Rusiyanın “hücumuna” qarşı Ukraynanın suverenliyini dəstəkləməyə çağırıb.

Obama sentyabrın 24-də deyib ki, Rusiyanın Krımı anneksiya etməsi “böyük dövlətlərin ərazi ambisiyaları uğrunda balacaları tapdaladığı” dövrü xatırladır. Ancaq prezident əlavə edib ki, Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyayönlü separatçılar arasında atəşkəs, Kreml əməl edərsə, sülhə yol açır.

“Rusiya bu yolu seçsə, biz sanksiyaları qaldıracağıq,” o, söyləyib.

Obama İD yaraqlılarına qarşı hərbi təzyiqin saxlanacağını bildirib. Hazırda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İraq və Suriyada İD-ə hava zərbələri endirir.

“Bu şeytanla heç bir izahat, danışıq aparıla bilməz,” Obama deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG