Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:26

ABŞ və koalisiya qüvvələri Suriya daxilindəki şübhəli İslam Dövləti hədəflərinə yenidən zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, onlarla sahə hədəfə alınıb. Onlar arasında kiçik neft emalı zavodları da var ki, bu obyektlər İD-ə gündə milyonlarla dollar gəlir gətirib.

Hücumlarda ABŞ təyyarələri ilə birlikdə Səudiyyə ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də iştirak edib.

Pentaqon sözçüsü John Kirby deyib ki, Suriyanın şərqinə zərbələr yaraqlıların İraqa avadanlıq daşıdığı sahəyə də dəyib.

ABŞ Suriyada İD maşınlarına da zərbə endirib. İraqın sərhəd şəhəri olan Qaim və Bağdadın qərbində silahlı texnika, eləcə də İraqın şimalında iki yaraqlı mövqeyi vurulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG