Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:30

Qızıl yataqları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət olunacaq


Azərbaycandakı qızıl yataqlarının «R.V.Investment» şirkəti ilə birgə işlənməsinə dair saziş 1997-ci ildə imzalanıb
Azərbaycandakı qızıl yataqlarının «R.V.Investment» şirkəti ilə birgə işlənməsinə dair saziş 1997-ci ildə imzalanıb

Azərbaycanın qızıl yataqlarını işlətməli olan ABŞ-ın «R.V.Investment» şirkəti şirkəti işğal olunmuş ərazilərindəki yataqların qanunsuz istismarı ilə bağlı yenidən BMT-yə, Ermənistana və Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə, ABŞ-ın Dövlət Departamentinə müraciət etməyə hazırlaşır. Şirkətin prezidenti Rza Vəziri həmçinin beynəlxalq məhkəmələrə müraciət etmək niyyətindədir. Cənab Vəziri həmin yataqların Ermənistan tərəfindən istismarı ilə bağlı sənədlər üçün Azərbaycan hökumətinə də müraciət edib: «Peykdən çəkilən şəkillərdən savayı, əlimizdə fakt yoxdur. O, şəkillərdə isə həmin yataqların istismar olunması görünmür. Hökumətdən xahiş etmişəm ki, əllərində həmin yataqların istismarı ilə bağlı sənəd varsa, bizə versinlər. Biz də bu işi davam etdirək. Bu, bizim şirkətin borcudur».


Azərbaycandakı qızıl yataqlarının ABŞ-ın «R.V.İnvestment» şirkəti ilə birgə işlənməsinə dair pay bölgüsü üzrə saziş 1997-ci ildə imzalanıb və bir il sonra parlamentdə ratifikasiya olunub. Müqaviləyə əsasən, Azərbaycanın payı 51, ABŞ şirkətinin payı isə 49 faizdir. 30 ili əhatə edən bu müqavilə Azərbaycandakı altı qızıl yatağının işlənməsini nəzərdə tutur. Bu yataqlardan üçü Ermənistanın işğal etdiyi ərazidə yerləşir.


Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu yöndə şirkətin məhkəməyə müraciətini gözləsə də, şirkət rəhbərliyi əlindəki faktların yetərli olmadığından təkbaşına bununla mübarizə aparmağın çətin olduğunu deyir. Ermənistan tərəfi isə şirkət rəhbərliyinin bununla bağlı müraciətini indiyədək cavablandırmayıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG