Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:52

ABŞ-la Azərbaycan rabitə və informasiya texnologiyaları sahəsində sənəd imzaladılar


Oktyabrın 2-də ABŞ-la Azərbaycan arasında rabitə və informasiya texnologiyaları sahəsində anlaşma memorandumu imzalanıb. Sənəd iki ölkə arasında kommunikasiya sahəsində qarşılıqlı öhdəliklər və əməkdaşlığa xidmət edir. Razılıq Dövlət Departamenti ilə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında əldə olunub.


Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova görə, bu gün Azərbaycanın informasiya kommunikasiya və elektronika bazarı ABŞ investorlarının diqqətini cəlb edir. Belə bir sənədin imzalanması ölkəyə yeni layihələrin və investorların gəlməsinə səbəb olacaq.


Azərbaycan-Amerika Ticarət Palatasının həmsədri Rza Vəziri isə hesab edir ki, iki ölkə arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq Azərbaycanı regionun bu sahədə lider dövlətinə çevirə bilər.


XS
SM
MD
LG