Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:01

Obama Rusiyaya qarşı sanksiyaları götürməyin şərtini açıqlayıb


BMT Baş Məclisinin sentyabrın 24-də Nyu Yorkda açılan 69-cu sessiyasında ABŞ prezidenti Barack Obam açıxış edib.

O deyib ki, Ukraynada atəşkəs sülhə yol açır, əgər Rusiya buna əməl etsə.

“Əgər Rusiya bu yolu tutsa, onda biz sanksiyaları götürəcəyik və qarşımızda duran ümumi sınaqlarala mübariəzədə Rusiyanın rolunu alqışlayacağıq”.

Obama qeyd edib ki, Rusiyanın Ukraynadakı hərəkətləri ikinci dünya müharibəsindən sonrakı dünya nizamına təhlükədir.

Obama dünyadakı vəziyyət haqda isə deyib ki, dünya “yolayrıcındadır, müharibə ilə sülhün, dağıntı ilə inteqrasiyanın, qorxu ilə ümidin.”

ABŞ prezidenti deyib ki, Birləşmiş Ştatlar heç vaxt islamla müharibə aparmayacaq. Obama sivilizasiyalar müharibəsi fikrini qəti şəkildə rədd edir.

XS
SM
MD
LG