Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:37

Əli Həsənov: «Obama-nın Azərbaycanla bağlı fikirləri obyektiv deyil»


-

Azərbaycan prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibəsində deyib ki,

“ Avropa Parlamentinin bir neçə gün öncə qəbul etdiyi qətnamə, ABŞ-ın ATƏT-dəkı və Avropa Parlamentindəki nümayəndəsi tərəfindən düzgün məlumatlandırılmayan Prezident Barak Obamanın Klinton Qlobal Təşəbbüsünün illik toplantısında Azərbaycanla bağlı ifadə etdiyi fikir, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Varşavada keçirilən illik hesabat toplantısında səsləndirilən mülahizələr, habelə “Human Rights Watch”, “Freedom House” və digər bu kimi xarici təşkilatların iddiaları obyektiv deyil və dövlətimizin müstəqil siyasətinə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilməlidir.”

Barack Obama adı çəkilən tədbirdə demişdi ki, Azərbaycanda QHT-lərin fəaliyyətinə inanılmaz əngəllər yaradılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG