Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:51

Atəşkəsin pozulmasında 2 mülki şəxs ölüb, 8 əsgər yaralanıb


Ukrayna bildirir ki, son 24 saatda atəşkəsin pozulması nəticəsində 8 Ukrayna əsgəri yaralanıb.

Ukraynanın Milli Təhlükəsizlik Şurasının sözçüsü Lysenko sentyabrın 24-də deyib ki, rusiyapərəst yaraqlılar atəşkəsi pozmaqla Ukrayna ordusunu cavab atəşi açmağa vadar etmək istəyir.

Rusiyapərəst yaraqlılar isə Donetskin atəşə tutulduğunu və iki mülki şəxsin öldüyünü bildirir.

Sentyabrın 20-də əldə olunmuş razılığa görə tərəflər cəbhə xətti boyunca eni 30 km olan bufer zonası yaratmalıdırlar və artilleriyanı hərə 15 km geri çəkməlidir.

Sentyabrın 23-də yaraqlılar daş kömür mədənində kütləvi məzarlıq tapdıqlarını bildiriblər. Rusiyapərəst yaraqlılar iddia edirlər ki, məzarların birində tapılan 4 meyitin üzərində işgəncə yerləri var.

Yaraqlılar burda vaxtilə Ukrayna ordusunun qərarlaşdığını deyirlər.

Ancaq Lysenko və Milli Qvardiya bu yerdə ordu hissələrinin heç vaxt olmadığı bildirir. Lysenko yaraqlıların iddialarını təxribat adlandırır.

XS
SM
MD
LG