Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:43

Məhkəmə "Gəzi fenomeni" kitabının müəllifini Erdoganı təhqir etməkdə günahkar bildi


Türkiyə məhkəməsi “Gezi fenomeni” kitabının müəllifi Erol Ozkorayı prezident Erdoganı təhqir etməkdə günahkar bilib və ona 11 ay 20 gün həbs cəzası kəsib.

Cəzanın icrası 5 illiyə təxirə salınıb.

Ozkoray “ictimaiyyətin gözündə Erdoganın şərəf və ləyaqətini alçaltmaqda” günahkar bilinib.

Həmçinin məhkəmə hesab edib ki, kitabda istifadə olunan qraffiti, şüarlar da Erdoganı təhqir edir.

Ozkoray bu kitabı xanımı ilə birlikdə yazıb. Kitab keçən il İstanbulda hökumət əleyhinə kütləvi nümayişləri təsvir edir. Ozkoray yazır ki, etirazlar Erdogan hökumətinin avtoritarlığına qarşı inqilaba çevrildi.

XS
SM
MD
LG