Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:55

“Şaraku Yaponiyanın müasir rəssamlarının interpretasiyasında” adlı sərgi açılacaq


 "Şaraku Yaponiyanın müasir rəssamların interpretasiyasında"
"Şaraku Yaponiyanın müasir rəssamların interpretasiyasında"

-

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Yaponiyanın Azərbaycandakı Səfirliyi və Yaponiya Fondunun birgə təşəbbüsü ilə Toşusai Şarakunun yaradıcılığına həsr olunmuş "Şaraku Yaponiyanın müasir rəssamların interpretasiyasında" adlı sərgi açılacaq.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Yaponiya Fondu ənənəvi olaraq Yaponiya ilə digər ölkələr arasında ikitərəfli anlaşmanın dərinləşməsi məqsədilə, mədəniyyət sahəsində müxtəlif növ mübadilələrin təbliği ilə məşğul olur.

Bu məqsədlə təşkil edilən səyyar sərgilərin proqramına çoxsaylı obyektlərin, şəkil, fotoların və eyni zamanda keramik qabların, yapon kuklalarının, ənənəvi oyuncaqların nümayişi daxildir.

Ukiyo-e qravür janrının dahi rəssamı Toşusai Şaraku ənənəvi Yapon teatr sənəti kabuki və kyogen aktyorları, sumo döyüşçülərinin portretləri ilə şöhrət qazanıb.

Onun yaratdığı portretlər öz universallığı ilə seçilir və hər portretdə təsvir olunan obrazın sərtliyi, obraza məxsus fərdi ifadə əks olunur.

Təqdim edilən sərgi 3 hissədən ibarətdir: "Şarakunun reproduksiyaları", "Şaraku qrafik sənətdə" və "Şarakuya ehtiram".

Sərgi 28 yapon qrafik dizaynerin və 11 rəssamın, 200 il bundan əvvəl Edo şəhərində (indiki Tokio) fəaliyyət göstərən Şarakunun işləri üzərində keçirdiyi bir sınaqdır.

Bu işlərin hər biri çevik konsepsiya və ifadə gücü ilə seçilir.

Sərgidə Şarakunun davamçılarının sərbəst interpretasiyasında hazırlanmış 81 poster, rəsm və iriölçülü sənət əsərləri nümayiş olunur.

Sərgi oktyabrın 24-də saat 19.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında yerləşən binasında açılacaq.

Sərgi oktyabr ayının 12-dək davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG