Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:52

-

2015-ci ilin oktyabrında Avstriyada Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur.

Bu məsələ Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyevin Azərbaycanda səfərdə olan Avstriya hökumətinin mədəniyyət məsələləri üzrə məsləhətçisi, "Avropanın mədəniyyət paytaxtları" müsabiqəsinin münsiflər heyətinin üzvü Norbert Ridl ilə görüşündə müzakirə olunub.

Nazirlikdən verilən məlumata görə, nazir müavini qonağı salamlayaraq 2000-ci ildən başlayan Azərbaycan-Avstriya mədəni əlaqələrindən söz açıb. 2003-cü ildə Avstriyada Qız qalası abidəsinin açılışı olub. 2006-cı ildə Vyanada Üzeyir Hacıbəylinin abidəsi ucaldılıb və dahi bəstəkarın "Aşın mal alan" operettası səhnəyə qoyulub.

Ə.Vəliyev qonağa Azərbaycanda Avstriya mədəniyyəti günlərinin keçirilməsini, Vyananın musiqi kollektivlərinin Üzeyir Hacıbəyli və Qara Qarayev adına beynəlxalq musiqi festivallarında, eləcə də Qəbələ musiqi festivalında iştirakını, azərbaycanlı bəstəkar Əyyub Quliyevin Vyana kamera orkestri ilə birgə çıxışını, Avstriya bəstəkarı Arnold Şönberqin "İntizar" monodramının Bakıda tamaşaya qoyulmasını xatırladıb.

Görüşdə qeyd olunub ki, qarşılıqlı mədəniyyət günləri, incəsənət sahəsində mübadilə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Bugünkü əməkdaşlığın səviyyəsindən razılığını bildirən qonaq gələn ilin oktyabrında Avstriyada keçirilməsi planlaşdırılan Azərbaycan mədəniyyəti günlərindən danışıb.

Norbert Ridlin fikrincə, mədəniyyət günləri çərçivəsində Azərbaycan musiqisinin, miniatür kitablarının, folklorunun, turizminin təqdimatı, foto və rəsm sərgilərinin təşkili, bu tədbirlərin təkcə Vyanada deyil, eyni zamanda, paytaxta yaxın olan müxtəlif şəhərlərdə keçirilməsi müsbət hadisə olardı. Azərbaycan filmlərinin nümayiş etdirilməsi də Avstriya tamaşaçıları tərəfindən maraqla qarşılanardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG