Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:49

İsmayıllı məhbuslarından 2-si şərti azadlığa buraxılıb


Sentyabrın 24-də Şəki Apelyasiya Məhkəməsində Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, REAL Hərəkatının sədri İlqar Məmmədov və 8 nəfər digər İsmayıllı məhbusunun şikayəti əsasında yekun qərar oxunub. Bu haqda AzadlıqRadiosuna məlumat verən vəkil Nemət Kərimlinin sözlərinə görə, məhbuslardan Anar HəsənovQənbər Ağamalıyev 3 il sınaq müddətinə şərti azadlığa buraxılıb.

Məhbus Elşən İsmayıllının cəzası 5 ildən 3 ilə endirilib. Digər 7 məhbus, o cümlədən Tofiq Yaqublu və İlqar Məmmədovun cəzaları olduğu kimi saxlanıb.

2013-cü il martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı iğtişaşlarında ittiham olunan 18 nəfərə hökm oxunub.

REAL Hərəkatının lideri İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il, digər 8 nəfər isə 8 ilədək azadlıqdan məhrum edilib.

İlqar Məmmədov və Tofiq Yaqublu həbslərini siyasi sifariş sayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG