Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:11

Nyu Yorkda Məmmədyarov Nalbandyanla görüşüb


Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib.

Görüşdə iki ölkə prezidentlərinin Paris görüşü üçün "hazırlıq məsələləri müzakirə edilib". Ancaq görüşün tarixi barədə məlumat verilmir.

Fransanın Azərbaycandakı səfiri Pascal Meunier yerli mediaya müsahibəsində Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünün oktyabrın 2-ci yarısında baş tutacağını bildirib.

Sentybarın 23-də Birləşmiş Millətlər Təşkilatının Baş məclisinin 69-cu sessiyası çərçivəsində görüşdən qabaq Məmmədyarov ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick ilə görüşüb.

XİN-in məlumatına görə, nazir Azərbaycanın mövqeyini "bir daha vurğulayıb və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu" bildirib.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, XİN başçıları və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinin müzakirəsini davam ediblər.

Həmsədrlər oktyabrda regiona səfər etmək niyyətləri haqda məlumat veriblər.

XS
SM
MD
LG