Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:02

Amerikalılar Naxçıvanda konsert verdi


Naxçıvan, “Meri Mak Brayd” qrupunun konserti

Naxçıvan, “Meri Mak Brayd” qrupunun konserti

-
“Şərq qapısı” 24 sentyabr 2014

NAXÇIVANDA ABŞ-IN TANINMIŞ MUSİQİ QRUPUNUN KONSERTİ OLUB

ABŞ-ın tanınmış “Meri Mak Brayd” musiqi qrupu naxçıvanlı musiqisevərlərin qonağı olub. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yerləşdiyi meydanda keçirilən tədbirdə musiqi qrupu maraqlı konsert proqramı ilə çıxış edib.

Konsert proqramından əvvəl çıxış edən ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan konsertin təşkilində əməyi olanlara minnətdarlığını bildirib.

Meri Mak Brayd və qrupun üzvlərinin ifa etdikləri bir-birindən maraqlı musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb.

NAXÇIVAN XANLIĞININ BAYRAĞI HAQQINDA BİR NEÇƏ SÖZ

Avqustun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” imzaladığı Sərəncam hər bir kəsi ürəkdən sevindirdi. Biz tədqiqatçıları da həmçinin. Bu sərəncam alimlər qarşısında dərin elmi axtarışlar və ciddi tədqiqatlar aparmaq kimi vəzifələr qoyub.

...Naxçıvan xanlığının tarixi uzun illər kompleks şəkildə araşdırılmadığından, necə deyərlər, bir əyalət tarixi kimi unudulmuşdu. Bu azmış kimi Sovet hakimiyyəti illərində xalqımızın dövlət atributlarını müəyyənləşdirən simvollara məxsus bayraq, ştandart (döyüş bayrağı), bunçuk, tug, qılınc, möhür və sairə qarşı olan biganəlik onların itib-batmasına, həmçinin məhvinə səbəb olub.

Azərbaycan yenidən müstəqilliyini bərpa edəndən sonra aparılan ciddi tarixi araşdırmalar göstərdi ki, Naxçıvan xanlığı orijinal tarixi mərhələ yaşayıb. Bildiyimiz kimi, Azərbaycan xanlıqları içərisində təkcə Quba və Naxçıvan xanlıqlarının ərazisində iki şəhər mövcud olub. Amma araşdırmalar göstərdi ki, Naxçıvan xanlığı ərazisində üç şəhər var imiş: Naxçıvan, Ordubad və Əylis şəhərləri.

Yazının əsli: Naxçıvan xanlığının bayrağı haqqında bir neçə söz

XS
SM
MD
LG