Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:14

-

Sentyabrın 24-də, saat 19.00 - da Beynəlxalq Muğam Mərkəzində görkəmli şair Mirzə Şəfi Vazehin 220 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, «Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında» Prezident Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi müvafiq dövlət strukturları ilə birgə əhatəli tədbirlər planı hazırlayıb.

Yubiley tədbiri də həmin tədbirlər planına əsasən keçirilir.

Tədbirdə şairin şeirləri səslənəcək, maraqlı səhnəciklər göstəriləcək, Azərbaycanın xalq artisti Mənsum İbrahimovun ifası eşidiləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG