Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:12

Azərbaycanda Gömrük İttifaqı tərəfdarları azalır


Qazaxıstan, Rusiya və Belarus Gömrük İttifaqında tərəfdaşlardır.
Qazaxıstan, Rusiya və Belarus Gömrük İttifaqında tərəfdaşlardır.

-

Avrasiya İnkişaf Bankının (AİB) İnteqrasiya Araşdırmaları Mərkəzi «AİB İnteqrasiya Barometri-2014» hesabatını yayıb. Hesabatı həmin mərkəz və Avrasiya Monitor Beynəlxalq Tədqiqatlar Agentliyi hazırlayıb.

ÜZV ÖLKƏLƏRDƏ DƏSTƏK YÜKSƏKDİR

2014-cü ildə sorğuda 10 MDB ölkəsi və Gürcüstanın hərəsindən 1000 – 2000 olmaqla 13 min adam iştirak edib. Sorğu əhalinin inteqrasiya prioritetləri mövzusunda aparılıb.

Qazaxıstan və Rusiyada əhalinin Avrasiya iqtisadi inteqrasiyasına dəstəyi yüksəlib. Son bir ildə bu ölkələrdə Gömrük İttifaqını dəstəkləyənlər 11%-dən çox artıb, müvafiq olaraq 84% və 79%-ə çatıb. Belarusda əhalinin 68%-i bu qurumda iştiraka tərəfdardır.

İTTİFAQ TƏRƏFDARLARI AZALIR

Aşağıdakı ölkələrdə isə dəstək göstəricisi əvvəlki ilə nisbətən düşüb:

Tacikistan – 72%

Özbəkistan – 68%

Ermənistan – 64%

Qırğızıstan – 50%

Maraqlıdır ki, Gürcüstan əhalisinin yarıdan çoxu (53%) Gömrük İttifaqı ilə mümkün birləşməni dəstəkləyir. Ancaq bu rəqəm ötən ilkindən 6% azdır. Moldovada tərəfdarlar 49% təşkil edir.

ƏN AŞAĞI GÖSTƏRİCİ – AZƏRBAYCANDA

Ukraynada tərəfdarlar 50%-dən 31%-ə düşüb.

Azərbaycanda ənənə dəyişməyib: bu ölkənin Gömrük İttifaqına qoşulma fərziyyəsinə tərəfdar olanların sayı 37-dən 22%-ə düşüb. Birliyə mənfi münasibət isə 53%-dən 64%-ə qalxıb.

«Bu, Ukrayna və Azərbaycanın Avrasiya inteqrasiya layihəsi üçün getdikcə daha çox bağlandığını təsdiqləyir», - AİB bildirir.

Qazaxıstan, Rusiya və Belarus Gömrük İttifaqında tərəfdaşlardır və Avrasiya İqtisadi Birliyini yaratmağa razılaşıblar. Birlik 2015-ci ilin yanvarından işə başlamalıdır.

XS
SM
MD
LG