Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:11

Vatikan keçmiş səfirini ev dustağı etdi

Vatikan bildirir ki, Domikan Respublikasına keçmiş səfiri olan 66 yaşlı Josef Wesolowski həbs olunub. Amma yaşı və səhhəti nəzərə alınaraq onu ev dustağı ediblər. O, 2008-ci ildə Dominikanda vəzifədə olduğu vaxtda pedofiliya - uşaqbazlıq cinayətlərində adı qarışmışdı.

Josef Wesolowski-nin ruhani rütbəsi hələ iyunda alınıb. Sentyabrın 24-də isə Vatikan cinayət məhkəməsində bu işə dair ilkin dinləmə başlayıb və o, ev dustağına çevrilib.

Vatikanın bəyanatında deyilir ki, Wesolowski səhhətinə dair sənədlər təqdim edib, onu daha sərt şəraitdə saxlamaq mümkün olmayacaq.

Vatikan polisinin kiçik saxlama otaqları var.

Wesolowski-yə ittihamlar sübut olunsa, həbs cəzası alacaq.

Katolik kilsəsi uzun müddət media və hətta bəzi siyasətçilər tərəfindən dünyanın bir çox ölkələrində rahiblərin uşaqbazlıq əməllərini ört-basdır etməkdə ittiham olunurdu. Vatikanın sözçüsü Federico Lombardi bildirib ki, Papanın göstərişinə uyğun olaraq, bundan sonra bu cür iddialar tam ciddi və təcili şəkildə araşdırılacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG