Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:22

İlhamla Fərizənin qəbirlərini təhqir etmiş şəxs saxlanıb


İlham və Fərizə Allahverdiyevlərin qəbirləri
İlham və Fərizə Allahverdiyevlərin qəbirləri

-

Bu ilin avqustunda naməlum şəxslər Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol vermişdi.

Azərbaycan Daxili İşlər Nazirliyi bildirir ki, həmin faktla bağlı cinayət işi başlanıb və bir şəxs saxlanıb.

Nazirliyin yaydığı məlumata görə, cinayəti törədən şəxs sentyabrın 24-də, səhər saatlarında Şəhidlər Xiyabanında növbəti dəfə təhqiredici hərəkətlərə yol verərkən yaxalanıb və istintaqa təhvil verilib.

Müəyyən edilib ki, həmin şəxs 1963-cü ildə Bakı şəhərində anadan olmuş, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş Nüsrət Qasımovdur.

Faktla bağlı istintaq davam etdirilir.

XS
SM
MD
LG