Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:37

Ömər Məmmədovun məhkəməsi təxirə salınıb


-

Sentyabrın 24-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloqqer Ömər Məmmədovun şikayətinə baxılıb.

Vəkil Əlayif Həsənovun AzadlıqRadiosuna bildirdiyinə görə, məhkəmə qeyri-müəyyən vaxta kimi təxirə salınıb:

«İlk iclaslarda vəsatət qaldırmışdıq ki, məhkəmə baxışı məhkəmə istintaqının tam təzələnməsi ilə aparılsın. Bizim bu vəsatət təmin olunmadı. Buna görə də biz kasasiya şikayəti vermişdik. Bu gün elan etdilər ki, kasasiya şikayəti instansiya məhkəməsinə daxil olub. Bu səbəbdən apellyasiya məhkəməsi məhkəməni qeyri-müəyyən vaxta kimi – kasasiya şikayətinə baxılana kimi təxirə salındı».

Əlayıf Həsənov Ömər Məmmədovla görüşdüyünü, onun əhvalının yerində olduğunu bildirdi:

«Məhkəmədən öncə görüşə bildim. Saxlanma şəraitindən narazılığı yoxdur. Əhval-ruhiyyəsi də yüksək səviyyədə idi».

Ömər Məmmədov yanvarın 24-də Bakıda tutulub. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Müdafiəçiləri isə Ömər Məmmədovun bloqqer fəaliyyətinə, ictimai-siyasi aktivliyinə görə tutulduğunu iddia edirlər.

İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ömər Məmmədov 5 il azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG