Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:30

Rusiya deputatları mediada xarici sahibkarlığa qadağaları dəstəkləyir


 Vadim Dengin

Vadim Dengin

Rusiya Dumasının üzvləri Rusiya mediasında xarici sahibkarlığı 20 faizə qədər azaldan qanun layihəsini dəstəkləyib. Həmin qanun media orqanlarının xarici qruplar və ya şəxslər tərəfindən maliyyələşdirilməsi və idarə olunmasını qadağan edir. Qadağa ikili vətəndaşlığı olan rusiyalılara aiddir.

Sentyabrın 23-də Dövlət Dumasında birinci oxunuşda səsvermə 434-1 nisbəti ilə baş tutub.

Təşəbbüsü irəli sürən deputat Vadim Dengin deyib: “Təəssüf ki, Soyuq Müharibə, Rusiyaya qarşı aparılan informasiya müharibəsi müəyyən qanunları və hərəkətləri diktə edir”.

Dengin xəbərdarlıq edib ki, qərb media qurumları rusiyalıları, özəlliklə gənc nəsli idarə etmək üçün Rusiyaq qəzetlərini alıb. Bəzi media investorları bu qanuni Kremlin media azadlığını boğmağa yönəlmiş sonuncu cəhd adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG