Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:47

İraqın paytaxtında avtomobil partladılıb, azı 14 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Polis bildirir ki, maşın sentyabrın 23-də Bağdadın şərqində Sadr şiə məhəlləsində partladılıb.

İslam Dövləti (İD) yaraqlıları Bağdadda bir neçə partlayış üçün məsuliyyəti üzərinə götürüb.

İraq və kürd qüvvələri ABŞ və Fransa hərbi təyyarələrinin dəstəyi ilə İD yaraqlılarına qarşı vuruşur. İD son bir neçə ayda İraqın şimalında və qərbində böyük əraziləri zəbt edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG