Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:58

Oqtay Gülalıyevin oğlunun məhkəməsi keçirilib


-

Sentyabrın 23-də Xətai rayon Məhkəməsində Milli Şura mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevin işi ilə bağlı proses keçirilib.

Bu haqda AzadlıqRadiosuna məlumat verən Oqtay Gülalıyevin bildirdiyinə görə, müdafiə tərəfi iki vəsatətlə çıxış ediblər:

«Vəsatətlərimizdən biri istintaq dövründə Əli Gülalıyevin təqsirinin sübut olunmadığı üçün cinayət işinə xitam verilməsi idi. Hakim bu vəsatəti qəbul etmədi. Digər vəsatət isə məktəbin binasındakı müşahidə kamerasından çəkilən görüntülərin məhkəmədə nümayiş etdirilməsi ilə bağlı idi. Hakim bu vəsatətlə bağlı növbəti proseslərdə qərar veriləcəyini bildirdi».

Növbəti məhkəmə prosesi oktyabrın 3-ə təyin olunub.

Ötən il sentyabrın 24-də Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevi təhsil aldığı orta məktəbdə 3-4 nəfər döyüb. Sonra isə o, bıçaqlanıb. Oqtay Gülalıyev oğlunun bıçaqlanması ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdi.

Oqtay Gülalıyev oğluna qarşı qaldırılan iddianı özünün siyasi fəaliyyəti ilə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG