Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:56

Yerevanda hökumət binası qarşısında xırda biznes nümayəndələrinin etirazı davam edir


Yerevanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir. Etiraza səbəb dövriyyədən vergi qanununa əlavədir. Həmin əlavəyə görə, xırda biznes nümayəndələri vergi orqanlarına müvafiq sənəd verməlidirlər.

Aksiya iştirakçıları ticarət yarmarkalarının işçiləridir. Onlar tələb edirlər ki, bu qanunun fəaliyyəti dayandırılsın. Həmin qanunu sentyabrın 23-də prezident imzalayıb.

Aksiya iştirakçıları ilə baş nazir Ovik Abramian görüşüb. O deyib ki, qanuna əlavə onlara qarşı deyil, kölgədə işləyən biznesə qarşıdır.

Ancaq aksiya iştirakçıları baş nazirin izahından narazı qalıblar. Çünki baş nazirin dediklərindən belə məlum olub ki, qanunun icrasıı onlar tələb etdiyi kimi dayanmayacaq.

Bundan sonra onlar aksiyanı davam etdirmək, hətta yolu bağlamaq istəyiblər. Ancaq polis onları yenidən səkiyə sıxışdırıb.

Aksiya davam edir. Hökumət binasınıən qarşısına isə polis qüvvələri gətirilir.

XS
SM
MD
LG