Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:04

ABŞ səfirliyinin nümayəndələri Naxçıvanda İlqar Nəsibovla görüşüb


-

Sentyabrın 23-də ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Devid Hoqanın başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

Devid Hoqan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla, daha sonra hüquq müdafiəçiləri Məlahət və İlqar Nəsibovla görüşüb.

Vasif Talıbovla görüşdə iqtisadi və mədəni məsələlər müzakirə olunub.

Məlahət Nəsibovanın AzadlıqRadiosuna bildirdiyinə görə, hüquq müdafiəçiləri ilə görüşdə Naxçıvandakı ictimai-siyasi vəziyyət müzakirə olunub.

Nümayəndə heyətinin bu gün Naxçıvan avtomobil zavodunda olacağı gözlənilir.

Günün sonunda isə Amerikanın «Meri Mak Brayd» qrupu Naxçıvanda açıq havada konsert proqramı ilə çıxış edəcək.

XS
SM
MD
LG