Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:46

Bu qış qocalar evində «isti olacaq»


«Kaş bir-birimizə 20 yaşında rast gələydik»
«Kaş bir-birimizə 20 yaşında rast gələydik»
Bilgəh qəsəbəsində yerləşən qocalar evində ara-sıra qələbəlik olur. Hansısa təşkilatlar onlara hədiyyələr gətirirlər. Qocalar deyir ki, hədiyyə gətirməsələr də olar, kimsə onları yada salanda, daha çox sevinirlər.

Qocalar evinin sakinlərindən biri Ədilə Quliyeva məni öz otaqlarına dəvət edir. Hər otaqda iki nəfər qalır. Öz yaşayışlarından, burdakı dolanışıqlarından danışır: «Heç kəsim yoxdur, yoldaşım olub, ayrılmışıq. 70 yaşım noyabrın 3-də olacaq. Bura gələndə əvvəl-əvvəl darıxırdım, sonra bizə televizor verdilər, xəbərlərə baxıram, paltar yuyuram, yeməyimiz yaxşıdır, bax gör nə qədər yemək var «tumboçkada». Paltar şkafını açıb paltarlarını göstərir «bax, bunlar mənim paltarlarımdır, görürsən də nə qəşəng geyinirəm».


Ədilənin otaq yoldaşı müharibə veteranı olan Vera isə əvvəlcə qonşusunu, sonra da özünü tərifləyir: «Çox yaxşıdır, paltarımı yuyur, xörək verir, su gətirir». Ondan yaşını soruşuram.


Gülərək deyir ki, «indi 15 yaşım var, 16 da, ondan da yuxarı da olacaq».


Qocalar evi 150 yerlikdir, burda elə 150 nəfər də qalır. Direktor Bəhruz Mədətov deyir ki, bura gəlmək üçün növbəyə dayananlar da var. Direktorun sözlərinə görə, buranın sakinlərinin təminatı dövlət tərəfindən tam ödənir: «Gündə üç dəfə yemək verilir, müalicə olunurlar, təqaüdlərini 100 faiz alırlar».


Öyrənirəm ki, burda bir-birini bəyənib ailə quranlar da var. Səfərlə Xalidə kimi: «3 ildir burdayam, kişiylə 2 ildir ailə qurmuşam, görən kimi vuruldu mənə, getdi müdirə dedi ki, istəyirəm bu qadını, evləndik. Hələ bir-birimizə acı söz deməmişik».


Direktor Bəhruz Mədətov deyir ki, burada ara-sıra belə xoşbəxt təsadüflər olur: «Qız evi də mənəm, oğlan evi də. Bir-birini bəyənirlər, gəlib deyirlər ki, bir yerdə yaşamaq istəyirik, kəbin kəsilir. Belə evliliklər onlara çox müsbət təsir göstərir».


Xalidənin həyat yoldaşı Səfər dayı deyir ki, o bu evlilikdən çox razıdır: «Elə bil ki, lotereyada «Mersedes» maşın udmuşam. Qadından çox razıyam. Kaş ona 20 yaşında rast gələydim».


Bir-birlərinə təsəlli olan bu ahıllar yaşadıqları şəraitdən razıdırlar. Ancaq, soyuducularının olmadığını dedilər. Direktor isə deyir ki, problemləri vaxt keçdikcə yoluna qoymağa çalışırlar. Bu ildən istilik sistemi işə düşməsi ilə ən vacib problemləri həll olunacaq: «Artıq qazanxana qurulub, dizel yanacağının alınması haqqında müqavilə də var. Bu qış isti olacaq».


Azərbaycanda 200 nəfərə yaxın qocanın yaşadığı iki qocalar evi var -Bakıda və Naxçıvanın Şahbuz rayonunda. Ehtiyac olduğundan gələcəkdə Səngəçal qəsəbəsində də belə bir evin açılması planlaşdırılır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG