Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:00

Hekayəsində Margaret Thatcher-i öldürən yazıçıya təzyiqlər


Hilary Mantel

Hilary Mantel

-

Qalmaqallı hekayə belə adlanır: “Margaret Thatcher-in qətli – 6 avqust, 1983-cü il”.

Hekayənin müəllifi ingilis yazıçısı, Booker mükafatlı Hilary Mantel-dir.

Lordlar Palatasının üzvü Timothy Bell polisə müraciət edib ki, hekayənin çapı ilə bağlı araşdırma başlansın. Çünki yazıçı keçmiş baş nazirin ruhunu təhqir edib.

“Dəmir ledi” adlandırılan Thatcher Böyük Britaniyanı 11 il – 1979-cu ildən 1990-cı ilə qədər idarə edib. Onun rəhbərliyi altında Mühafizəkarlar Partiyası 3 dəfə dalbadal seçkidə qalib gəlib. (Lord Bell sözügedən seçkilərdə Thatcher-in məsləhətçisi olub).

Thatcher keçən il 88 yaşında dünyasını dəyişib.

“İngiltərə PEN” təşkilatı isə lordun müraciətini senzuraya çağırış sayır. Və düşünür ki, kimsə hekayəni təhqir kimi qəbul etsə belə, bu məsələ polislik olmamalıdır. Çünki yazıçı öz əsərlərində fövqəladə hadisələri, ifrat hərəkətləri təsvir edərək öz oxucularını şoka sala bilər.

“İngiltərə PEN”in kampaniyalar rəhbəri Robert Sharp deyib ki, demokratik ölkədə senzuraya çağırışlar avtoritar rejimlərə də bəhanə verir. O rejimlər ki, siyasətçiləri satira atəşinə tutduğu, tənqid etdiyi üçün yazıçıları, jurnalistləri qorxudur, hətta bəzən öldürürlər.

Sharp-ın sözlərinə görə, Mantel-in hekayəsi siyasi zorakılıq mövzusundadır və siyasətçilərin belə ciddi mövzunu anlamadıqları təsəvvürü yaranması təəssüf doğurur.

Günün bütün mövzuları

XS
SM
MD
LG