Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:18

-

Sentyabrın 26-da Heydər Əliyev Mərkəzində fransız rəssam Bernard Buffet-in (1928-1999) fərdi sərgisinin rəsmi açılış mərasimi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, rəssamın Bakıdakı ilk sərgisində 43 əsər nümayiş olunacaq.

Onların sırasında müəllifin «Sirk», «Dantenin cəhənnəmi», «Dərisi soyulmuşlar» silsilələrindən rəsmləri, eyni zamanda, avtoportretləri var.

Açılış mərasimi ərəfəsində Bernard Buffet-in əsərlərinin reproduksiyasını əhatə edən kataloq nəşr olunub. Kataloqda ön sözün müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Bernard Buffet-in sərgisi 2015-ci il yanvarın 15-dək davam edəcək.

Bernard Buffet 1928-ci il iyunun 10-da Parisdə doğulub.

O, Parisdə Zərif Sənətlər Məktəbində təhsil alıb.

11 Dünya Müharibəsindən sonra rəssam dövrün xüsusiyyətlərini əks etdirən melanxolik, monoxrom portretləri ilə məşhurlaşıb.

Bernard Buffet modernizmi salon sənəti ilə birləşdirən orijinal üslubun yaradıcısıdır.

Rəssam ömrünün sonuna qədər hər il sərgi keçirib.

1973-cü ildə Yaponiyanın Suruqadaira şəhərində onun şəxsi muzeyi açılıb.

Parkinson xəstəliyindən əziyyət çəkən rəssam 71 yaşında özünü öldürüb.

XS
SM
MD
LG