Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:15

-

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Xalq yazıçısı Elçin daha bir beynəlxalq mükafat alıb.

Serbiyada fəaliyyət göstərən nüfuzlu “Kariç qardaşları Fondu” İdarə Heyətinin qərarı ilə yazıçı Elçin 2014-cü ildə “Ədəbiyyat sahəsində əldə edilmiş yüksək bədii-estetik nailiyyətlərə görə” nominasiyası üzrə “Beynəlxalq Kariç qardaşları” mükafatına layiq görülüb.

Xəbərdə deyilir ki, ədibin roman və hekayələri Serbiya Respublikasında geniş yayılıb.

Yazıçısının serb dilində nəşr olunan “Ölüm hökmü”, “Ağ dəvə”, “Mahmud və Məryəm” romanları, eləcə də hekayələri bu ölkənin ədəbi ictimaiyyətinin və geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Mükafatın təqdimat mərasimi sentyabrın 30-da Serbiyanın paytaxtı Belqrad şəhərindəki Böyük Teatrda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG