Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:18

ABŞ rəsmisi Azərbaycanda vətəndaş cəmiyyətindən danışıb


ABŞ-ın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Professor J. Brian Atwood sentyabrın 22-də Varşavada, ATƏT-in toplantısında çıxış edib. O, üzv dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün pozulmaz olduğunu bildirib.

J. Brian Atwood Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərinin ATƏT regionundan son 20 ildə ən pis böhran yaratdığını bildirib.

“Növbəti iki həftə ərzində nümayəndə heyətim ATƏT regionunun digər hissələrində ciddi insan haqları pozuntularına diqqət çəkəcək. Bir neçə nümunə kimi Macarıstan və Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti üçün məkanın daraldılmasını, Türkiyədə isə ifadə azadlığının məhdudlaşdırılmasını göstərmək olar,” Atwood deyib.

ABŞ nümayəndə heyətinin rəhbəri Türkmənistan, Özbəkistan, Belarusda insan haqları fəalları, jurnalistlərə hücumlardan da danışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG