Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:26

Donbassda separatçılar 700 ukraynalı hərbçini əsir saxlayır, daha 1.700 nəfəri isə qohumları və yaxınları axtarır. Bu barədə Ukrayna Təhlükəsizlik Şurasının istintaq idarəsinin rəhbəri Vasiliy Vovk Ukrayna televiziyasına deyib.

Onun sözlərinə görə, əsirlər arasında Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyasının və müdafiə nazirliyinin əməkdaşları var. Eyni zamanda itkin düşənlər barədə məlumatlar da artır.

Sentyabrın 22-nə olan məlumata görə, 1.200-ə yaxın ukraynalı hərbçi əsirlikdən azad olunub. Danışıqlar davam edir, separatçılarla növbəti əsir mübadiləsi sentyabrın 24-də olacaq.

XS
SM
MD
LG