Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 18:37

«Gəncə» avtomobillərinin yığılmasına başlandı


Gəncə Avtomobil Zavodu «Gəncə» adlı avtomobillərin yığılmasına başlayır. Zavod həmin avtomobillər üçün artıq Çindən ehtiyat hissələri gətirib. Müəssisənin direktoru Xanlar Fətiyevin bildirdiyinə görə, Çinin «Çan Qan» şirkətinin mütəxəssisləri də Gəncəyə gəliblər. Həmin mütəxəssislər yerli həmkarlarına yeni maşının yığılmasıyla bağlı məsləhətlər verəcəklər. İlk mərhələdə 18 avtomobilin yığılması nəzərdə tutulur. İl ərzində isə nə qədər maşın yığılacağı hələlik bilinmir.


Bu ilin may ayında Gəncə Avtomobil Zavodu Çinin avtomobil şirkətiylə müqavilə imzalayıb. Bundan əvvəl isə müəssisə Rusiyanın «Oka» və «UAZ» şirkətləriylə əməkdaşlıq edirdi. Amma sonradan bu əməkdaşlıq dayandı.






XS
SM
MD
LG