Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:14

Air France pilotlarının tətili ikinci həftədir ki, davam edir


Air France şirkətinin tətil edən pilotları rəhbərliyinin son anda etdiyi təklifi rədd ediblər.

Bu, 1998-ci ildən bəri fransız pilotlarının ən uzun tətilidir. Tətil bu gün ikinci həftəsinə qədəm qoydu. Tətil şirkətə gündə 20 milyon avro ziyan vurur.

Air France pilotları şirkətin Transavia France layihəsinə etiraz edirlər.

Pilotlar qorxurlar ki, onları Transavianın daha az maaş alan pilotları ilə əvəz etsinlər.

Air France şirkətində pilotlar ayda 20 min avroyacan maaş ala bilərlər.

Air France güzəştə gedərək bildirib ki, Transavia 30 təyyarəni əhatə edəcək. Bundan əvvəl burda 37 təyyarənin olacağı planlaşdırılırdı.

Fransanın nəqliyyat naziri xəbərdarlıq edib ki, tətilin uzanması şirkətin taleyi məsələsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG