Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:44

«Aqrolizinq» ASC vəzifəlilərinin istintaqı yekunlaşıb


«Aqrolizinq»
«Aqrolizinq»

-
«Aqrolizinq» ASC filialının vəzifəli şəxsləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

«Aqrolizinq» ASC-nin İmişli rayon «Aqroservis» filialının vəzifəli şəxsləri özgə əmlakını mənimsəmə və israfetmə yolu ilə mənimsəmədə ittiham olunurlar.

Baş Prokurorluqdan verilən məlumata görə, başa çatan istintaq nəticəsində dəymiş ziyan qismən ödənilib:

«Filialın müdiri Razi Talıbzadənin və digər əməkdaşların anbarında saxlanılan mineral gübrələrin bir hissəsini müvafiq sənədlər olmadan satmaqla 725 min manatı talamalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib. İstintaq nəticəsində vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib».

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

XS
SM
MD
LG