Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:38

Napoleon və Josephine-nın nikah müqaviləsi 438 min avroya satıldı!


Napoléon Bonaparte və Joséphine de Beauharnais

Napoléon Bonaparte və Joséphine de Beauharnais

-

Fransa imperatoru Napoléon Bonaparte ilə xanımı Joséphine de Beauharnais arasında bağlanmış nikah müqaviləsi Osenat hərracında 438 min avroya satılıb.

İndiyəcən şəxsi kolleksiyada saxlanmış sənədi hərracda Parisin Məktub və Əlyazmalar Muzeyi alıb. Bu, Joséphine-ya məxsus olmuş ekzemplyardır.

27 yaşlı Napoléon ilə 33 yaşlı Joséphine 1796-cı ildə ailə qurmuşdular.

Nikah müqaviləsində qeyd olunur ki, ərlə arvadın şərikli əmlakı yoxdur və bir-birilərinin borclarına görə məsuliyyət daşımayacaqlar.

Dul qadın olan Joséphine-nın 1795-ci ildə məşhur sərkərdə, gələcəyin imperatoru Napoléon-un məşuqəsi olanacan bir neçə kişi ilə yaxın münasibətləri olmuşdu.

Nikah 10 ildən az çəkmişdi. İmperator üçün varis doğa bilmədiyi üçün nikah Papa tərəfindən ləğv edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG