Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:07

3 gündə 10 milyon iPhone 6 və iPhone 6 Plus satılıb


Apple şirkəti sentyabrın 22-də bildirib ki, cümə günü 10 ölkədə iPhone 6 və iPhone 6 Plus modellərinin satışı başlayandan sonra həftəsonu 10 milyon yeni model iPhone satılıb.

Şirkət bildirir ki, təchizat olsaydı, daha çox sata bilərdi.

Sentyabrın 12-də bu modellərə sifarişlər 4 milyon idi, bu da 2 il əvvəl iPhone 5 modeli çıxanda verilən sifarişlərdən 2 dəfə şoxdur.

Keçən il Apple yeni model çıxdığı ilk həftəsonunda 11 ölkədə 9 milyon iPhone 5s və 5c telefonları satmışdı.

Yeni telefonlar hazırda 10 ölkədə satılır. Sentyabrın 26-da daha 20-dən çox ölkədə satışa çıxacaq. İlin sonunda isə əlavə 115 ölkədə yeni modellərin satışı başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG