Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:23

Müxalifət liderinin xanımını və oğlunu Özbəkistana buraxmayıblar


Özbəkistan hakimiyyəti mühacirətdə olan müxalifət lideri Bahodir Chorievin həyat yoldaşı və oğluna Özbəkistana daxil olmağa icazə verməyiblər.

Daşkənddəki İnsan Haqları Müdafiəçiləri Alyansı bildirir ki, Feruza Hurramova və onun 9 yaşlı oğlu sentyabrın 20-də Çikaqodan İstanbula, ordan da Daşkənddə gəlirdi.

Ancaq Daşkənd hava limanında onları ölkəyə girməyə qoymayıblar, geriyə - İstanbula qaytarıblar, halbuki onların Özbəkstan pasportları var idi.

Choriev 2004-cü ildən ABŞ-da yaşayır. O, ABŞ Birlik qrupu yaradıb. Bu qrupa Özbəkistanda yaşayn fəallar daxildir.

Chorievin atası mart ayında ürək tutmasından ölüb. O, həbsxanadan 2 ay idi ki, azad edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG