Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 10:53

Ukrayna ordusu öz artilleriyasını və ağır texnikasını cəbhə xəttindən geri çəkir


Kiyev bildirir kiI, Ukraynanın hökumət qoşunları öz artilleriyasını və ağır texnikasını təklif olunan 30 km-lik buffer zonası daxilində geri çəkməyə hazırlaşır.

Ordunun sözçüsü Andriy Lysenko sentyabrın 22-də deyib ki, Kiyev bu qərarı rusiyapərəst yaraqııların atəşi azalandan və Rusiya ərazisindən atəş dayanandan sonra verib.

Ukrayna, Rusiya və rusiyapərəst separtaçılar sentyabrın 19-da ağır silahları cəbhə xəttindən hərə 15 km geri çəkmək razılığına gəldi.

Ancaq sentyabrın 21-də Ukrayna ordusu bildirdi ki, rusiyapərəst yaraqlılar Ukrayna ordusunun mövqelərini atəşə tutmaqda davam edir.

XS
SM
MD
LG